Finlandiya Rusiya ilə sərhəddə 200 kilometr uzunluğunda hasar çəkib və tikinti işləri, demək olar ki, başa çatıb.
Tribuna.az xarici mediaya istinadla xəbər verir ki, sərhəd xidməti hazırda tamamlama işlərinin aparıldığını qeyd edib. Baryer sisteminə metal torlu hasar, bitişik giriş yolu, təmizlənmiş meşə zolağı və texniki müşahidə sistemi daxildir.
Lakin portalda qeyd olunur ki, hasar təxminən 1300 kilometr uzunluğunda olan şərq sərhədini tamamilə əhatə edə bilməz.
Onu da qeyd edək ki, Finlandiya 2022-ci ildən bəri Rusiya ilə sərhədinin toxunulmazlığının qayğısına ən çox qalan Avropa ölkəsidir.









