“Barselona” “Fənərbağça”nın və Xorvatiya millisinin qapıçısı Dominik Livakoviçlə icarə əsasında əməkdaşlığın şərtlərini razılaşdırıb.
Tribuna.az xəbər verir ki, Kataloniya klubu xorvatiyalı futbolçu ilə şifahi razılığa gəlib. Söhbət 2026/2027 mövsümünün sonunadək nəzərdə tutulan icarədən gedir.
“Barselona” gələn yay Voyçex Şçesnını əvəzləmək üçün Livakoviçin transfer hüquqlarını tam almağı planlaşdırır.
Transferin məbləği 2 milyon avro olaraq qiymətləndirilir. Bundan əlavə, müqavilədə daha 2 milyon avro bonus nəzərdə tutulub.









