Müğənni Kəmalə Günəşlinin sosial şəbəkə hesabında etdiyi canlı yayım zamanı yaşadığı gərgin anlar diqqət çəkib.
Sənətçinin əsəbiləşməsinə səbəb izləyicilərdən birinin onun ünvanına yazdığı sözlər olub. Kəmalə Günəşli həmin şəxsə sərt cavab verərək ünvanına səsləndirilən fikirləri təkzib edib.
“Yalan danışır. Olmayan şeyi mənə deyə bilməzsən. Sən məndən üzr istəyəcəksən. Üstəlik, üzünə tüpürüb səni yola salacağam. Kimin şübhəsi varsa, gəlib üzümə ləkə olub-olmadığına baxa bilər. Gözəllik salonundayam, hər bir xanıma açıqdır. Şübhəsi olan yaxınlaşıb baxsın”, – deyə ifaçı bildirib./milli.az/









