“Dinamo Kiyev”in braziliyalı futbolçusu Qustavo Prado məşhur model Korinna Kopfun diqqəti cəlb etmək cəhdlərini qulaqardına vurub.
Tribuna.az xəbər verir ki, bu barədə model özü sosial mediada məlumat verib.
Onun sözlərinə görə, hadisə Kiyevdəki bir oteldə baş verib. Korinna futbolçunu öz otağına dəvət edib, lakin modelin sözlərinə görə, o, dörd saat ərzində tamamilə virtual futbola qərq olub. Kopf hətta açıq-saçıq bir görüntü ilə Pradonu konsoldan yayındırmağa çalışdığını, lakin gözləmədiyi bir reaksiya aldığını söyləyib.
Onun sözlərinə görə, braziliyalı oyunçu oyunda künc zərbəsi yerinə yetirdiyi üçün ondan uzaqlaşmasını istəyib.
“Ən seksual alt paltarımı geyinib onun qarşısında oturdum, amma o, sadəcə dedi:
“Çəkilə bilərsən? Mən küncdən zərbə vururam”.
21 yaşlı braziliyalı cinah yarımmüdafiəçisi “İnternasional”dan sentyabr ayında icarə əsasında Kiyev “Dinamo”suna keçib.









