Jurnalistdən Kamal Abdulla və Günay Ağamalıya cavab: “Sizə kim haqq verib ki…?”

Jurnalistdən Kamal Abdulla və Günay Ağamalıya cavab: “Sizə kim haqq verib ki…?”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər bəzi fikirlər sosial şəbəkələrdə geniş rezonans doğurub. Biri Bakının mərkəzini yalnız “seçilmişlər” üçün uyğun bilir, digəri qadının yerini mətbəxdə görür, başqası ailənin yalnız kişinin qazancı ilə keçinə biləcəyini düşünür. Danışmaq mütləqdir? Sizə kim haqq verir ki, insanları kənar və mərkəzə ayırırsınız?.

Tribuna.az xəbər verir ki, bu sözləri İTV-nin aparıcısı, jurnalist Nigar Sabirqızı bildirib
O qeyd edib ki, bu adamlar sussa daha yaxşı olardı:

“Kim haqq verir ki, “qadın evdə övladına baxsa, daha yaxşıdır” deyirsiniz?

Soruşmusunuz ki, hər qadın ailə qurmaq, övlad sahibi olmaq istəyirmi? İnsanların seçiminə qarışmağınız qalmışdı.

Ayda neçə min manat maaş alan deputat isə bəlkə də bir neçə aylıq maaşı belə, min manata çatmayan kişinin ailəsini normal dolandıra biləcəyindən danışır.

İctimai rəyə çıxacaq sözü əvvəlcə düşünmək lazımdır. Düşünə bilməyəndə isə “susmaq qızıldır” tövsiyəsinə əməl etmək”.

Nigar İxtiyarqızı