“Anklavlar mövzusu heç vaxt gündəmdə olmayıb və sıfırdan formalaşdırılıb”.
Tribuna.az xəbər verir ki, bunu Ermənistanda baş nazirliyə namizəd Arman Tatoyan deyib.
O deyib ki, daxildə birtərəfli güzəştlər perspektivi ilə barışan və eyni yanaşmanı bütün Ermənistan cəmiyyətinə tətbiq etməyə çalışan insanlar bu məsələni müzakirə etməyə hazır olduqlarını nümayiş etdiriblər. “Əgər Kərki kəndi və digər anklavlar Azərbaycana verilərsə, bu Ermənistanın təhlükəsizlik sisteminin tamamilə dağılmasına gətirib, çıxaracaq”.
Fərda Uğur









