Həkim Türkan Alyarova mütəmadi olaraq coca-cola və çips yeyən 10 yaşlı uşağın mədəsinin düşdüyü vəziyyətlə bağlı video paylaşıb.
Tribuna.az xəbər verir ki, həkimin sözlərinə görə, davamlı olaraq market qidaları ilə qidalanan uşaqların valideynləri daha diqqətli olmalıdır. Həkimin sözlərinə görə, market qidalarının tərkibində o qədər kimyəvi qatqı, dadlandırıcı, konservantlar var ki, onlar hamısı çox ciddi fəsadlara yol açır:
“Xəstəliklərin cavanlaşmasının səbəbi də məhz bunlardı. Mədə ağrısı ilə 10 yaşlı uşağımız gətirilib. Son günlər isə qusma başlayıb. Uşaq market qidaları çox yeyib, daha çox da coca-cola və çipsi, fəs-fudlar yeyib. Belə qidalarla qidalandıqdan sonra da gedib uzanıb.
Müayinə zamanı məlum oldu ki, qida borusunda böyük və dərin ölçüdə yara var. Bu qeyri sağlam qidalanmanın yaratdığı fəsaddır. Bu öz-özünə keçən hal deyil. Uşaqlarınızda belə şikayət varsa, tez həkimə müraciət edin”.
10 yaşlı uşağın mədəsində coca-cola və çips yeməkdən əmələ gələn yaranın görüntülərini təqdim edirik:
Nigar İxtiyarqızı









