Böyük Britaniya səfiri Fergus Auld Azərbaycandan gedir.
Tribuna.az xəbər verir ki, o, bu barədə “X” hesabında bildirib.
Qeyd edib ki, bu gün səfir kimi Azərbaycanda son iş günüdür.
Hər şey üçün təşəkkür edən diplomat, Bakıdan getdikdən sonra da Azərbaycanın uzun müddət onun qəlbində yaşayacağını vurğulayıb.
Sənan Məmmədli









