Şəriətmədari sərt təkliflər verib: “Tramp öldürülənə qədər…”

Şəriətmədari sərt təkliflər verib: “Tramp öldürülənə qədər…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Parlamentə müraciət edərək Hörmüz boğazı ilə bağlı sərt məhdudiyyətlərin tətbiq olunmasını təklif edirəm”.

Tribuna.az bildirir ki, bunu İranın dini liderinin ofisinə bağlı “Keyhan” qəzetinin baş redaktoru Hüseyn Şəriətmədari deyib.
O deyib ki, ABŞ və müttəfiq ölkələrə məxsus gəmilər üçün Hörmüz boğazının “Tramp öldürülənə qədər” bağlanmasını nəzərdə tutan qanun qəbul edilməlidir. “Eyni zamanda boğazdan keçən bütün gəmilər üçün istisnasız tranzit haqqı tətbiq edilməlidir. Bundan əlavə, İsrailə məxsus və ya bu ölkə üçün yük daşıyan gəmilərin “İsrailin dünya xəritəsindən silinməsi” deyənə qədər müsadirə olunmalıdır”.

Fərda Uğur