“ABŞ prezidenti Donald Trampdan İranın ali dini lideri Əli Xamineyini öldürdüyü üçün qisas almaq qərarındayıq. Bununla bağlı alimlərin fətva verməsini gözləyirik”.
Tribuna.az xəbər verir ki, bu sözləri İran parlamentinin Mədəniyyət Komissiyasının üzvü Həsən Əli Əhlaqi Əmiri deyib.
O bildirib ki, Trampın öldürülməsi müqabilində mükafatın verilməsinə dair qanun layihəsi yaxın günlərdə parlamentə təqdim olunacaq. O, bu prosesin “Can Fəda” adlandırıldığını və hazırda 32 milyon insanın bu layihəyə qoşulduğunu qeyd edib.
Fərda Uğur









