Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTİ) bir gündə iki katirovka sorğusu elan edib.
Tribuna.az xəbər verir ki, qurum ilk olaraq pərdələrin təmizlənməsi xidməti üçün pul ayırıb.
Rəsmi qaynaqlarda qeyd edilir ki, AQTİ-nin binasındakı pərdələrin təmizlənməsi üçün 12 min 840 manat vəsait ayırıb.
Qurumun ikinci katirovka sorğusu isə yumşaq inventar və xüsusi geyimlərin satın alınması ilə bağlıdır. Bu məqsədlə 19 min 988 manat vəsait xərcləməyi planlaşdırır.
Qeyd edək ki, AQTİ bu pulla 5000 ədəd birdəfəlik kombinezon, 50 bağlama birdəfəlik baxıl, 50 bağlama birdəfəlik çəkmə, 370 ədəd tibbi xalat və 4 ədəd işçilər üçün geyim alacaq.
Fərda Uğur









