Bu gün səhər saatlarında “Ana Ermənistan” Partiyasının sədri Andranik Tevanyan həbs olunub.
Tribuna.az xəbər verir ki, ona qarşı dövlətə xəyanət, seçkiləri pozmaq, habelə təxribat törətmək ittihamı ilə cinayət işi açılıb.
Ermənistan MTX-nın açıqlamasına görə, Tevanyan Rusiya kəşfiyyatı ilə əlaqəli olub.
Qeyd edək ki, Tevanyan, həmçinin separatzimi də dəstəkləyən şəxslərdən biri hesab olunur. Belə ki, o, müharibədən sonra Rusiya tərəfindən işğal edilmiş Luqansk və Donbasa gedərək, oradakı separatçılarla görüşüb, dəstək verib. Bundan başqa, Tevanyan açıq şəkildə Rusiyanın tərəfini tutaraq, Ermənistanı onun müttəfiqi qalması üçün hər şey edəcəyini dəfələrlə bildirib.
Fərda Uğur









