“Azəriqaz” ürəyi xəstə işçisini ölümə göndərir?

“Azəriqaz” ürəyi xəstə işçisini ölümə göndərir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mingəcevir şəhəri, Nəriman Nərmanov küçəsi 40, mənzil 39-da yaşayan, ikinci qrup əlil Arif Hüseynov çalışdığı “Azəriqaz” İstehsalat Birliyindən şikayətçidir. O, Tribuna.az-a göndərdiyi məktubunda bildirib ki, 2024-cü ildə açıq ürək əməliyyatı keçirib.

O qeyd edib ki, 1992-ci ildə Mingəçevir şəhər Qaz İstismar İdarəsi Sahəsində telefonçu kimi işə başlayıb. “Bu ilin əvvəlində məni çilingər  vəzifəsinə keçirdilər. 2024-cü ildə açıq ürək əməliyyatı olunmuşam”.

Arif Hüseynov yazır ki, 21.05.2026-cı ildən onu işə buraxmırlar. “Səbəbini soruşduqda isə, işimin ixtisara düşdüyündən işdən çıxarıldığımnı deyirlər. Mənim işlədiyim telefonçu şöbəsində dörd nəfər idik. Üç nəfəri işlə təmin ediblər, lakin mənə isə yox deyirlər və Füzuli rayonuna göndərirlər. Orada işləməyimi istəyirlər”.

Şikayətçi bildirir ki, ikinci qrup əlili olduğundan evdən uzaqda işləyə bilmir. “Səhhətim və ev şəraitimə görə orda işləyə bilmərəm”.

Arif Hüseynov sonda qeyd edib ki, hazırda ailənin ehtiyaclarını qarşılayan yeganə şəxs odur. “Əgər işdən çıxarılsam, ailəmi necə dolandıracağımı bilmirəm. İkinci qrup əlil olmağım səbəbindən necə iş tapa biləcəyimi də bilmirəm”.

Fərda Uğur