Sabiq deputat Türkiyədə vəfat etdi

Sabiq deputat Türkiyədə vəfat etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Tarix üzrə fəlsəfə doktoru, sabiq millət vəkili Cahangir Hüseyn Əfşar vəfat edib.
 Tribuna.az xəbər verir ki, o, dünən Türkiyənin İstanbul şəhərində 73 yaşında dünyasını dəyişib. Sabiq deputat Türkiyədə müalicə olunurmuş.
Mərhumun nəşi bu gün səhər saatlarında Bakıya gətirilib.
Qeyd edək ki, Cahangir Hüseyn oğlu Hüseynov 1953-cü il aprel ayının 10 da Bakı şəhərində hüquqşünas ailəsində anadan olub. Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyi sistemində çalışıb. 1988-ci ildən Dağlıq Qarabağda erməni separatçıları tərəfindən aparılan müharibənin ilk günündən 1994-cü ildə atəşkəs elan olunana qədər bütün cəbhə bölgələrində – Xanlar (indiki Göygöl) rayonunun Çaykənd, Gədəbəy rayonunun ərazisində yerləşən Başkənd, habelə Ağdam, Cəbrayıl, Zəngilan, Qubadlı, Füzuli, Ağdərə rayonlarında gedən döyüş əməliyyatlarında fəal iştirak edib.
1991-ci ilin mart ayında 139 saylı seçki dairəsindən Azərbaycan Respublikasının Ali Sovetinin deputatı olub, 2000-ci ildə 83 saylı Saatlı-Sabirabad seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinin üzvü seçilib.