Osman Gündüz də Rövşən Rüstəmova OD PÜSKÜRDÜ: Xalqın cibinə girib…

Osman Gündüz də Rövşən Rüstəmova OD PÜSKÜRDÜ: Xalqın cibinə girib…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Elə gözlənildiyi kimi oldu. Azərbaycan Dəmir Yollarının qiymətləri yenə ağlasığmazdır və heç bir məntiqə uyğun deyil. Artıq bir dəfə ADY bu tip ağlasığmaz qiymət siyasətini Bakı-Balakən qatarında sınaqdan keçirib.
İndi də bu cür reallığa uyğun olmayan qiymətləri Bakı-Tbilisi üçün də tətbiq etməyi planlayır.

Tribuna.az xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz ADY-nin qiymət siyasətinə etiraz olaraq deyib. O bildirib ki, qiymətlər dərəcədə yüksəkdir ki, bəlkə hələlik kəşfiyyat aparırlar:

“ADY ala yarımçıq , hiss olunur çox ehtiyatla, mətləbə heç bir dəxli olmayan 51 manatı önə çıxarmaqla, kupe və SV -nin qiymətini hələlik gizli saxlamaqla qiymət açıqlaması verib:
Bakı-Tbilisi qatarı üçün indiki qiymətlər :
Kupe/Plaskart (ADY hələlik bu qiymətin dəqiq kupe , yaxud plaskart tipli olmasını açıqlamayıb) – 81+ manat
SV – açıqlanmayıb, hələlik qapalıdır.
2019-cu ilədək olan qiymətlər:
Plaskart – 24-26 manat,
Kupe – 35-40 manat,
SV (yataqlı) – 57-60 manat.
Düşünürəm ki, ADY bu məntiqilə, “Bakı-Balakən qatarı” prinsipilə yanaşacaqsa Bakı-Tbilisi üçün ağlasığmaz görünsə də, Kupe və SV qiymətləri belə ola biləcək:
ADY-nin hələlik gizli saxlanan və ehtimal olunan qiymətləri :
Kupe – 120 manatadək
SV – 230 manatadək”.

O.Gündüz bildirib ki, yüksək qiymətlər çoxdan hazırdır, sadəcə ADY utanır onları açıqlamağa:

“Bir daha qeyd etmək istərdim ki, dəmir yolu infrastrukturunun dirçəldilməsi istiqamətində ADY-nin səyləri təqdirəlayiq olsa da qiymət siyasəti ağlasığmazdır.
Güman ki, hökumətdən subsidiya ala bilmədiyindən həmin vəsaitləri əhalidən almağı hədəfləyiblər. Görəsən hökumət nə deyəcək ADY-nin bu yanaşmasına ? İmkan veriləcəkmi?
Bilmirəm hökumət imkan verecəkmi belə ağlasığmaz qiymətlərə, amma görünən odur ki, hər hansı hesablamaya və reallığa uyğun olmayan, ağlabatan olmayan bir qiymət təklif olunub”.

Həsən Ağa