“Şərqdən Qərbə ən qısa yolun Ermənistandan keçdiyini demək, onun Azərbaycan və Türkiyədən keçdiyini deməklə eynidir”.
Tribuna.az xəbər verir ki, bu fikirlərin müəllifi Ermənitanın baş naziri Nikol Paşinyandır.
Onun sözlərinə görə, sülh müqaviləsinin imzalanmasından sonra Azərbaycanla yeni müqavilələr imzalamalı olacaqlar. “Sülhün institusionallaşdırılması yolunda Ermənistan və Azərbaycanın sülh müqaviləsini imzalayacağına əminəm. Lakin bu, hər şeyin bitdiyi anlamına gəlmir. Biz bütün sahələrdə yeni müqavilələr imzalayacağıq”.
Paşinyan iki xalq arasında mövcud olan düşmənçilik məsələsinə də toxunub. O deyib ki, 40 ildir davam edən bu problemi bir gündə aradan qaldırmaq mümkün deyil. “Biz 40 illik düşmənçiliyi bir gündə aradan qaldıra bilmərik. Bu mümkün də deyil. Amma sülhdən başqa da yolumuz yoxdur”.
Fərda Uğur









