İsrail ordusu son iki gündə ən yüksək hazırlıq vəziyyətinə gətirilib.
Tribuna.az xəbər verir ki, elə bu günlərdə Təl Əviv hökuməti ən azı 4 dəfə Təhlükəsizlik Şurasının toplantısını keçirib.
Məsələnin İranla mümkün hərbi əmliyyatlara başlamaqla bağlı olması ehtimal edilir. Hərçənd İsrail Müdafiə Nazirliyi bəyan edib ki, əməliyyatlar başlayarsa, onlar hazırdırlar.
Dünən isə İsrail kəşfiyyatı ərəb ölkələrinə xəbərdarlıq edib. Belə ki, MOSSAD onlara çatdırıb ki, İran hökuməti ərəb ölkələrinə və İsrailə qarşı qəfil raket hücumu həyata keçirə bilər. Bu səbəbdən də onların hazırlıqlı olmalarını tövsiyyə edib.
Fərda Uğur









