Toy mərasimində qeydə alınan görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Tribuna.az xəbər verir ki, yayılan videoda gəlinin rəqs meydançasına yaxınlaşan uşağa qarşı sərt reaksiyası diqqət çəkib. Kadrlarda onun uşağı əli ilə kənarlaşdırdığı anlar əks olunub.
Görüntülər qısa zamanda sosial mediada yayılaraq istifadəçilər arasında fərqli fikirlər yaradıb. Bəzi şəxslər gəlinin davranışını kobud hesab etsə də, digərləri həmin anın gərginlik və həyəcanla bağlı ola biləcəyini qeyd ediblər.
Sosial şəbəkə istifadəçiləri videoya çoxsaylı şərhlər yazaraq mövzu ətrafında müzakirələr aparıblar./Mili.az









