DİQQƏT! Azərbaycanda BOYALI portağalı bu üsulla yoxlayın – VİDEO

DİQQƏT! Azərbaycanda BOYALI portağalı bu üsulla yoxlayın – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər boyalı portağalların satışı alıcılar arasında narahatlıq doğurub.

Tribuna.az xəbər verir ki, qida mütəxəsisi Ağa Salamov satışda olan portağalların bir qismində xarici görünüşün yaxşılaşdırılması üçün boya istifadə edildiyini göstərən video paylaşıb.

Paylaşımda boyalı portağalları alıcılar necə ayırd edə bilər deyə, mütəxəssis izah edir.

Mütəxəssislər isə qeyd edir ki, bu üsul meyvəni daha parlaq və cəlbedici göstərmək üçün edilir, lakin insan sağlamlığı üçün son dərəcə təhlükəli ola bilər.
Bu cür boyaların bəziləri qida üçün nəzərdə tutulsa da, bir çox hallarda texniki və zərərli tərkibli maddələr istifadə olunur. Aldığınız portağalın rəngi həddindən artıq parlaqdırsa, təbii görünmürsə, ehtiyatlı olun. Bu portağala boya vurulmuş ola bilər. Belə məhsullar allergiya, zəhərlənmə və digər ciddi problemlərə səbəb ola bilər

Həmin videomaterialı təqdim edirik:

Dəniz Pənahova