Azərbaycan millisi Əfqanıstanla qarşılaşacaq

Azərbaycan millisi Əfqanıstanla qarşılaşacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bakıda təşkil olunan FIFA U-15 Dünya Çempionatı və Festivalında mübarizə aparan Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək.
Tribuna.az  xəbər verir ki, Famil Xəlilovun baş məşqçisi olduğu komanda Əfqanıstan yığması ilə üz-üzə gələcək.
C divizionunda keçiriləcək qarşılaşma saat 11:30-da start götürəcək.
Qeyd edək ki, Azərbaycan millisi AF qrupunu 9 xalla üçüncü pillədə başa vuraraq C Divizionuna vəsiqə qazanıb.
Yığma qrup mərhələsində Timor-Lesteni 6:0, Andorranı 1:0, İsraili isə 3:1 hesabı ilə məğlub edib. Komanda Avstraliyaya 1:3, Haitiyə isə 0:4 hesabı ilə uduzub.
Millimiz C Divizionundakı ilk oyununda Çiliyə 3:1, Vyetnama isə 4:2 hesabı ilə məğlub olub, Cəbəllütariqə 5:1, Mozambikə isə 4:1 hesabı ilə qalib gəlib.