Ardanın maaşı 10 milyonu keçdi

Ardanın maaşı 10 milyonu keçdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Real Madrid”lə müqaviləsini 2032-ci ilədək uzadan türkiyəli futbolçu Arda Gülərin yeni maaşı açıqlanıb.

Tribuna.az  xəbər verir ki, İspaniya mətbuatının məlumatına görə, 21 yaşlı futbolçunun illik sabit əməkhaqqı iki dəfə artırılıb.

Belə ki, Arda Gülər indiyədək Madrid klubunda illik 5,21 milyon avro brüt maaş alıb. Yeni müqaviləyə əsasən, onun illik sabit gəliri 10,42 milyon avroya çatdırılıb.

Bununla yanaşı, futbolçunun müqaviləsində nəzərdə tutulan bonusların məbləği də artırılıb. Bütün bonusların qazanılması halında Arda Gülərin illik ümumi gəliri 13,02 milyon avroya yüksələ bilər.

Qeyd edək ki, “Real Madrid” noyabrın 18-də Arda Gülərlə müqavilənin 2032-ci il iyunun 30-dək uzadıldığını rəsmən açıqlayıb. Lakin maaş və bonuslarla bağlı rəqəmlər klub tərəfindən təsdiqlənməyib. Bu məbləğlər futbolçu maaşları üzrə ixtisaslaşmış Capology platformasının hesablamalarına əsaslanır.