Bu gün “Zirə” “İmişli”nin, “Sabah” isə “Sumqayıt”ın qonağı olacaq

Bu gün “Zirə” “İmişli”nin, “Sabah” isə “Sumqayıt”ın qonağı olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bu gün Misli Premyer Liqasında XII tura start veriləcək.
Tribuna.az xəbər verir ki, turun ilk oyun gününün proqramına iki qarşılaşma daxildir.
Günün ilk matçında “İmişli” klubu Yevlax şəhər stadionunda “Zirə”ni qəbul edəcək. Görüş saat 14:30-da başlayacaq.
İkinci oyunda isə “Sumqayıt” Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda “Sabah”la üz-üzə gələcək. Qarşılaşma saat 19:00-da start götürəcək.
XII tur
20 noyabr
14:30. “İmişli” – “Zirə”;
19:00. “Sumqayıt” – “Sabah”.