“Ağlayan gəlin” gülünü qoparan 700 min TL cərimələnir-FOTO

“Ağlayan gəlin” gülünü qoparan 700 min TL cərimələnir-FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Kahramanmaraş vilayətinin Afşin rayonunda baharın gəlişi ilə birlikdə nadir tərs lalələr yenidən çiçəklənib.

Tribuna.az xəbər verir ki, Binboğa Dağları ətəklərində, qayalı sahələr arasında bitən bu endemik çiçəklər təbiətsevərlərə möhtəşəm mənzərə təqdim edir.

Hər il aprel ayının əvvəlində açmağa başlayan tərs lalələr ayın sonuna doğru solur. Sarıdan narıncıya və qırmızıya qədər dəyişən rəng çalarları ilə seçilən bu çiçəklər parlaq yaşıl yarpaqları ilə də diqqət çəkir və bölgənin qorunmalı təbii sərvətləri sırasında yer alır.

Təbiət fotoqrafı Mehmet Gören bildirib ki, bu çiçəklər çox qısa müddət ərzində açır və olduqca təsirli görüntü yaradır:
“Onları çəkmək üçün hər il Afşinə gəlirik. Amma qoparmaq olmaz, yerində qorunmalıdır.”

Fotoqraf Yasin Mortaş isə qeyd edib ki, tərs lalələr xalq arasında “ağlayan gəlin” adı ilə tanınır:
“Başını aşağı əyən forması var, sanki utancaqdır. Adətən sakit və gizli yerlərdə bitir. Həm gözəldir, həm də bir az hüznlü görünür.”

Rəsmi qurumlar xəbərdarlıq edir ki, tərs lalələri qoparmaq qadağandır. Bu nadir bitkiyə zərər verən şəxslərə 700 min TL-yə qədər cərimə tətbiq oluna bilər.

Tərs lalələr yalnız estetik gözəlliyi ilə deyil, həm də bölgə turizminə verdiyi töhfə ilə diqqət çəkir və təbiətin qorunmasının vacibliyini bir daha xatırladır.

İmran Kərimli