ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının adını dəyişərək “Tramp boğazı” adlandırmaq niyyətindədir.
Tribuna.az xəbər verir ki, bunu o. ABŞ Konqresinə aralıq seçkiləri ərəfəsində Ohayo ştatında Respublikaçılar Partiyasının tərəfdarları qarşısında çıxış edərkən bəyan edib.
“Düşünürəm ki, biz onun adını “Tramp boğazı” qoyacağıq”, – deyə ABŞ Prezidenti bildirib.
Meksika körfəzinin adının “Amerika körfəzi”, Ontario gölünün adının isə “Amerika gölü” olaraq dəyişdirilməsini xatırladan Tramp, bu dəfə zarafat etmədiyini vurğulayıb.
Onun sözlərinə görə, hazırda Hörmüz boğazından yeddi ay əvvələ nisbətən daha çox neft daşınır. ABŞ Prezidenti İranla münaqişə başa çatdıqdan sonra neftin və benzinin qiymətlərinin azalacağını da vəd edib.
Qeyd edək ki, Tramp daha əvvəl Meksika körfəzinin “Amerika körfəzi”, Ontario gölünün isə “Amerika gölü” adlandırılması ilə bağlı sərəncamlar imzalayıb.









