2026-cı il sentyabrın 30-na “Qala Sığorta” ASC-nin dövlət istiqrazlarına yatırımları bir il əvvəllə müqayisədə 85,3% azalaraq 46,37 milyon manatdan 6,83 milyon manata düşüb.
Tribuna.az şirkətin investisiya portfeli üzrə hesabatına istinadən xəbər verir ki, eyni dövrdə qeyri-dövlət istiqrazlarının həcmi 11,3% artaraq 21,21 milyon manata çatıb. Ümumilikdə şirkətin istiqraz portfeli 57,1% azalaraq 28,04 milyon manata enib.
Depozitlərin həcmi isə 4,85 milyon manatdan 35,27 milyon manata yüksəlib. Bununla da depozitlərin investisiya portfelində payı 6,9%-dən 55,4%-ə qalxıb, dövlət istiqrazlarının payı isə 65,6%-dən 10,7%-ə düşüb. Şirkətin ümumi investisiya portfeli 9,9% azalaraq 63,68 milyon manat təşkil edib.
Qeyd edək ki, 1998-ci ildə yaradılan “Qala Sığorta” ASC-nin nizamnamə kapitalı 10,02 milyon manatdır. Şirkətin səhmlərinin 100%-i “AzRe Təkrarsığorta” ASC-yə məxsusdur.
Fərda Uğur









