Çinin Şençjen şəhərində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammiti çərçivəsində ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında qısa ünsiyyət baş tutub.
Tribuna.az xəbər verir ki, liderlər sammit iştirakçılarının birgə fotosu çəkdirilərkən qarşılaşıb və əl sıxışıblar.
The Guardian nəşrinin canlı yayımında yer alan məlumata görə, Tramp və Putin daha sonra APEC liderlərinin rəsmi qəbul mərasimindən əvvəl də görüşüblər.
Kremlin xarici siyasət məsələləri üzrə köməkçisi Yuri Uşakov bildirib ki, iki prezidentin ayrıca rəsmi görüşü nəzərdə tutulmasa da, onların bir neçə dəfə söhbət etməsi gözlənilir. Onun sözlərinə görə, liderlər ayaqüstü və ya başqa formatda ünsiyyət qura bilərlər.
Rusiya tərəfi Tramp və Putin arasında Ukraynadakı müharibə də daxil olmaqla beynəlxalq məsələlərin müzakirə edilə biləcəyini açıqlayıb.
Qeyd edək ki, noyabrın 19-da Tramp, Putin və Çin lideri Si Cinpin arasında üçtərəfli görüş keçirilməsi planlaşdırılır. Bu, üç ölkə liderinin ilk belə üçtərəfli görüşü olacaq.
İmran Kərimli









