Dövlət Xidmətinin rayon şöbəsində insident – Həbs olunan var

Dövlət Xidmətinin rayon şöbəsində insident – Həbs olunan var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon Şöbəsində insident yaşanıb.

 

Tribuna.az xəbər verir ki,  Xitab24.az-ın əldə etdiyi məlumata görə, hadisə xidmətin inzibati binasında qeydə alınıb.

 

Belə ki, 2007-ci il təvəllüdlü çağırışçı, Astara rayon Şümrüd kənd sakini Samir Sərvərov (ad-soyad şərtidir) inzibati binada olan zaman xidmətin əməkdaşlarına qarşı tabesizlik göstərib. İnsident zamanş çağırış vərəqəsini cıran şəxs, polis

əməkdaşlarının da qanuni tələblərinə tabe olmayıb.

 

Hadisə ilə bağlı S.Sərvərov barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə protokol tərtib edilib. O, məhkəmənin qərarı ilə 8 gün müddətinə inzibati qaydada həbs olunub.