2026-cı ilin III rübündə “Xalq Bank” ASC-nin depozit portfeli 102,3 milyon manat və ya 6% azalıb.
Tribuna.az xəbər verir ki, bankın depozit portfeli iyunun sonundakı 1 milyard 700,8 milyon manatdan sentyabrın sonuna 1 milyard 598,5 milyon manata enib.
Beləliklə, Xalq Bank depozit portfelində mütləq ifadədə ən böyük azalma qeydə alınan bank olub.
Qeyd edək ki, hesabat dövründə ölkədə fəaliyyət göstərən 21 bankın 16-sında depozit portfeli artdığı halda, 5-də azalma müşahidə edilib.
Fərda Uğur









