Ödəniş terminallarında 500 manatdan artıq məbləğdə ödəniş və pul köçürmələri zamanı yeni tələb tətbiq olunur. Artıq bu məbləği aşan əməliyyatlar üçün istifadəçilər şəxsiyyətlərini “bir ID”, “SİMA” və ya “myGov” platformaları vasitəsilə təsdiqləməlidirlər. Bəs yeni məhdudiyyətin tətbiqinə zərurət nədən yaranıb?
Tribuna.az xəbər verir ki, İTV yeni məhdudiyyətlərlə bağlı ekspertlərin və əhalinin rəyini öyrənib.
Hüquqşünas Əkrəm Həsənov hesab edir ki, riskli əməliyyatlarla bağlı belə tələblər irəli sürülə bilər: “Bu, çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanundan irəli gəlir. Çünki həmin qanun maliyyə xidmətlərini göstərən qurumlardan riskli əməliyyatlar üzrə müştərilərin tam eyniləşdirilməsini həyata keçirməyi tələb edir. Təkcə Azərbaycanda deyil, dünyada da belədir. Həmin sistem, həmin qurum bu əməliyyatları qeyd edilən məqsədlər baxımından riskli hesab edirsə, belə tələblər irəli sürülə bilər”.
İqtisadçı ekspert Natiq Cəfərli isə bu tipli məhdudiyyətlərin ciddi effektinin olacağını düşünmür: “Bu, kommunal xidmətlərə ümumiyyətlə, tətbiq olunmamalı idi. Regionlarda elə böyük evlər var ki, kommunal xidmətlərə 500 manatdan daha çox ödəniş edirlər. Hər dəfə ödənişi edəndə belə bir çətinliyin yaranmasına nə ehtiyac var? 500 manatdan artıq bank kreditlərini “Milli ön” vasitəsilə ödəmək imkanı var. Ümumiyyətlə, iqtisadiyyatda, bank sektorunda bu cür məhdudiyyətlərin qoyulması əlavə gərginlik yaradan elementlərdən biridir”.
Sakinlərin narazılığına səbəb olan digər məsələ ödəniş terminalları və mobil tətbiqlər vasitəsilə həyata keçirilən əməliyyatlar zamanı tutulan komissiyalardır.
Daha ətraflı süjetdə:









