Kembric lüğəti 2026-cı ilin sözünü seçdi – Süni intellektlə bağlı maraqlı qərar

Kembric lüğəti 2026-cı ilin sözünü seçdi – Süni intellektlə bağlı maraqlı qərar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kembric İngilis dili lüğəti 2026-cı ilin sözünü açıqlayıb. Bu dəfə ilin sözü süni intellektin sürətli inkişafı fonunda xüsusi məna qazanan “human” (insan) sözü seçilib.

Tribuna.az xəbər verir ki, bu barədə  “The Guardian” qəzeti məlumat yayıb.

Lüğətin redaktorlarının fikrincə, süni intellekt texnologiyalarının inkişafı insan anlayışının mahiyyəti, insan zəkası və maşınların imkanları ilə bağlı müzakirələri daha da aktuallaşdırıb.

“Human” sözü lüğətdə tanrılara, heyvanlara və maşınlara xas olan xüsusiyyətlərdən fərqli olaraq, insanlara məxsus keyfiyyətləri, çatışmazlıqları və hissləri daşıyan varlıq kimi izah edilir.

Kembric lüğətinin redaktoru Kolin Makintoş bildirib ki, süni intellekt insanların insan olmağın nə demək olduğu barədə danışıq tərzini dəyişir. Onun sözlərinə görə, “human” sözü getdikcə insan əməyini və yaradıcılığını qabaqcıl kompüter sistemlərinin istehsal etdiyi nəticələrdən fərqləndirmək üçün daha çox istifadə olunur.

Məqalədə qeyd edilir ki, süni intellektin inkişafı insanların düşünmə proseslərini texnologiyaya həvalə etməsinin mümkün nəticələri barədə də narahatlıq yaradıb. Bu məsələ riyaziyyatçılardan tutmuş müəllimlərə qədər müxtəlif peşə sahiblərini düşündürür.

Kembric Universitetinin süni intellektin idarə edilməsi və insan hüquqları üzrə mütəxəssisi Reyçel Adams isə bildirib ki, süni intellekt bəşəriyyəti minilliklərdir müzakirə olunan suallara yenidən qaytarır: Biz kimik və insan olmaq nə deməkdir?

İlin sözünə digər namizədlər

Qısa siyahıya texnologiya ilə əlaqəli “agent” və “analogues” sözləri də daxil edilib. “Agent” insan nəzarəti olmadan müəyyən tapşırıqları yerinə yetirə bilən süni intellekt sistemlərini ifadə edir. “Analogues” isə rəqəmsal texnologiyalarla əlaqəli olmayan fəaliyyətləri təsvir edir.

Texnologiyadan kənar namizədlər arasında isə “wholesome” sözü yer alıb. Bu söz insanın fiziki, mənəvi və emosional rifahına müsbət təsir göstərən hadisə və xüsusiyyətləri ifadə edir.

İmran Kərimli