Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur – Siyahı

Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur – Siyahı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qusar Rayon İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Tribuna.az açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, dəyəri 6 min 666 manat 66 qəpik olan tender müsabiqəsinin qalibi “Blueprint Construction” MMC (VÖEN – 2007581821) olub.
“Blueprint Construction” MMC Qusar Rayon İcra Hakimiyyətinin sifarişi ilə yanacaq odununu daşıyacaq.
Nizamnamə kapitalı 1000 manat olan “Blueprint Construction” MMC 2022-ci ilin sentyabr ayında vergi qeydiyyatına alınıb. Hüquqi ünvanı Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, ev 17, mənzil 30-da yerləşən MMC-nin qanuni təmsilçisi Abbasov İlqar Abbas oğludur.
Məlumat üçün bildirək ki, “Blueprint Construction” MMC bu günə kimi çoxsaylı dövlət qurumlarının keçirdiyi tender müsabiqələrində qalib olub. Bu müsabiqələrdə diqqət çəkən məqamlardan biri tenderlərin dəyərinin bəzi hallarda eyni və ya qoşa rəqəmlərdən (“zerkalnı”) ibarət olmasıdır.
Həmin tender müsabiqələrindən bəzilərini təqdim edirik:
Daşkəsən Rayon İcra Hakimiyyətinin tenderi – 3 333,33 manat;
Elm və Təhsil Nazirliyinin tenderi – 1 616,16 manat;
Bakı Baş Səhiyyə Mərkəzinin tenderi – 7 777,77 manat;
Ağdam Rayon İcra Hakimiyyətinin tenderi – 4 444,44 manat;
Respublika Narkoloji Mərkəzinin tenderi – 33 333,33 manat;
Sumqayıt Gənclər Evinin tenderi – 4 666,66 manat;
AMEA Radiasiya Problemləri İnstitutunun tenderi – 3 333,33 manat;
Dövlət Vergi Xidmətinin tenderi – 44 444,44 manat;
1 nömrəli Uşaq Somatik Sanatoriyasının tenderi – 5 555,55 manat;
Ağcabədi Rayon İcra Hakimiyyətinin tenderi – 4 444,44 manat.

Yeniavaz.com