Türkiyəli müğənni Işın Karaca son vaxtlar xeyli çəki itirməsi ilə gündəmə gəlib. 130 kiloqramdan 55 kiloqrama düşən sənətçinin son görünüşü sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Tribuna.az xəbər verir ki, müğənni arıqlama müddətində öz ehtiyaclarına uyğun qidalanma proqramı tətbiq etdiyini bildirib.
Karaca adətən gündə bir dəfə yemək yediyini açıqlayıb. O, aclıq hiss etdiyi zaman dişlərini fırçalamağa üstünlük verdiyini, bunun iştahını idarə etməsinə kömək etdiyini söyləyib.
Sənətçi gün ərzində acdıqda isə ayran, kefir və su içərək aclıq hissini azaltmağa çalışdığını qeyd edib.
Müğənninin qısa müddətdə yaşadığı böyük fiziki dəyişiklik sosial mediada diqqət çəkib.
Gülşən Rəsul












