“Şərhlər heç vecimə də deyil” – məşhur aktyor həyat yoldaşına görə tənqidlərə cavab verdi

“Şərhlər heç vecimə də deyil” – məşhur aktyor həyat yoldaşına görə tənqidlərə cavab verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyəli aktyor Mehmet Günsür həyat yoldaşı Katerina Mongio ilə bağlı sosial şəbəkələrdə yazılan mənfi rəylərə münasibət bildirib. Aktyor tənqidlərə əhəmiyyət vermədiyini deyərək müzakirələrə qısa cavab verib.

Tribuna.az xəbər verir ki, bu barədə Türkiyənin “Habertürk” nəşri məlumat yayıb.

51 yaşlı aktyor həyat yoldaşı ilə birlikdə 63-cü Beynəlxalq Antalya Qızıl Portağal Film Festivalına qatıldıqdan sonra sosial mediada müzakirə mövzusuna çevrilib. İstifadəçilərin bir qismi Katerina Mongio haqqında mənfi fikirlər səsləndirib.

Kuruçeşmədə iştirak etdiyi tədbirlərdən birində jurnalistlərin suallarını cavablandıran Günsür həyat yoldaşına ünvanlanan tənqidlərə belə münasibət bildirib: “Şərhlər heç vecimə də deyil. Kim nə istəyir, onu da deyə bilər”.

Aktyor festivalda “Ən yaxşı kişi aktyor” mükafatına layiq görülməsindən də danışıb. O, bu peşəni mükafat qazanmaq üçün deyil, sevdiyi üçün seçdiyini, əməyinin belə qiymətləndirilməsinin isə xoş hiss olduğunu söyləyib.

Uzun müddətdir ailəsi ilə İtaliyada yaşayan Günsür Türkiyə üçün darıxıb-darıxmadığı barədə suala da cavab verib. Aktyor iki ölkə arasında rahat gedib-gələ bildiyi üçün özünü şanslı hesab etdiyini bildirib: “Orada olanda burası üçün, burada olanda isə ora üçün darıxıram”.

Qeyd edək ki, Mehmet Günsür film rejissoru Katerina Mongio ilə 2006-cı ildə ailə qurub. Cütlüyün Ali, Maya və Xloye adlı üç övladı var. Aktyor iyul ayında evliliklərinin 20-ci ildönümü münasibətilə həyat yoldaşına sevgisini ifadə edərək, onunla hər gün yenidən dəfələrlə evlənə biləcəyini söyləmişdi.

İmran Kərimli