Yeni Zelandiyada hamilə nazir doğum evinə velosipedlə gəlib

Yeni Zelandiyada hamilə nazir doğum evinə velosipedlə gəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni Zelandiyada hamiləliyin 42-ci həftəsində olan 38 yaşlı qadın işləri üzrə nazir Culi Center doğum evinə velosipedlə gəlib.

TİA.AZ BBC-yə istinadən xəbər verir ki, o, bu nəqliyyat vasitəsini “maşında kifayət qədər yer olmaması” səbəbindən seçib.

Nazir velosipedlə fotosunu öz “İnstagram” səhifəsində paylaşıb.

Center 3 aylıq analıq məzuniyyətindən sonra yenidən işinə qayıdacaq.