“Azərbaycan Dəmir Yolları” sentyabrda sərnişin sayının kəskin artdığını açıqlayıb. Amma ADY son günlər qrafik dəyişiklikləri və pik saatlarda yaranan sıxlıqla bağlı sərnişinlərin ardıcıl narazılıqlarını da diqqətdən kənarda qoymamalıdır.
Tribuna.az xəbər verir ki, bu barədə yol-nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib. O qeyd edib ki, əgər sərnişin axınının artacağı proqnozlaşdırılırdısa, niyə tədbir görülməyib:
“Rekord yalnız sərnişin sayında olmamalıdır.
ADY-nin yanvar–sentyabr aylarında 8,5 milyona yaxın sərnişin daşıması və 19%-lik artım ciddi tezgöstəricidir.
Sentyabrda artımın 24%-ə çatması isə tələbin sürətlə yüksəldiyini göstərir.
Amma son günlər qrafik dəyişiklikləri və pik saatlarda yaranan sıxlıqla bağlı sərnişinlərin ardıcıl narazılıqları da diqqətdən kənarda qalmamalıdır.
Maraqlıdır, ADY bu rəyləri sistemli şəkildə təhlil edirmi?
Əgər sərnişin axınının artacağı proqnozlaşdırılırdısa, B planı niyə yoxdur?
Mövcud hərəkət tərkibindən daha çevik istifadə, pik saatlarda əlavə reyslər və alternativ ssenarilər niyə əvvəlcədən hazırlanmasın?
Yeni qatarların sifarişi vacibdir. Amma onlar bir neçə ildən sonra gələcəksə, bugünkü artan tələbi bugünkü imkanlarla necə idarə edəcəyik.
Çünki dəmir yolunda rekord təkcə sərnişin sayında deyil, təhlükəsizlik, komfort, punktuallıq və müştəri məmnunluğunda da ölçülməlidir”.
Nigar İxtiyarqızı









