Dövlət Ekoloji Təhlükəsizlik Xidməti Bakının Yasamal rayonu, Mətbuat prospektində ağacların kəsilməsi ilə bağlı rəsmi məlumat yayıb.
Tribuna.az-a verilən məlumatda deyilir ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən araşdırılıb.
Araşdırma zamanı sözügedən ünvanda 14 ağacın qanunsuz kəsildiyi və təbiətə 5280 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Faktla bağlı akt tərtib olunub.
Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi, eyni zamanda təqsirkarların müəyyənləşdirilməsi məqsədilə toplanmış materiallar Baş Prokurorluğa göndərilməsi üçün hazırlanır.
Eyni zamanda, kəsilmiş ağacların əvəzinə yeni ağacların əkilməsi, eləcə də mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilməsi məqsədilə Yasamal Rayon İcra Hakimiyyətinə və Yaşıllaşdırma Təsərrüfatı Birliyinə müraciət edilib.
Gülşən Rəsul









