TƏBİB-in poliklinikalarında SİSTEM ÇÖKDÜ 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Artıq iki gündür TƏBİB-in tabeliyində olan poliklinikalarda sistemin işləmədiyi bildirilir.

Tribuna.az xəbər verir ki, bu şikayətlə Xitab24.az-a sağlamlıq haqqında arayış almaq istəyən, dünəndən bu problemlə üzləşən vətəndaş şikayət edib.

 

Onun sözlərinə görə, dünən səhər saat 11-dən indiyədək heç bir poliklinikanın sistemi işləmir və sistemlə əlaqəli heç bir sənədi almaq mümkün deyil.

Eyni problemin TƏBİB-ə tabe olan dövlət xəstəxanalarında, o cümlədən Yeni Klinikada da baş verdiyi bildirilir.

Məlumata görə, sonuncu klinikada vətəndaşlar internetin olmaması səbibdən bu problemlə üzləşiblər.

Gülşən Rəsul

Məsələ ilə bağlı TƏBİB-ə sorğu ünvanlanıb.