Bakıda ər arvadını qətlə yetirib.
Tribuna.az xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində baş verib.
Qəsəbə sakini, 1986-cı il təvəllüdlü Museyib Əhmədov şəxsi münaqişə zəminində arvadı 2002-ci il təvəllüdlü Fatimə Rəhmanzadəni bıçaqlayıb. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. F.Rəhmənzadə xəstəxanada dünyasını dəyişib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən M.Əhmədov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.









