Xalq artisti əməliyyat edildi

Xalq artisti əməliyyat edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xalq artisti, diktor Ofeliya Sənani Azərbaycan Tibb Universitetinin Tədris Cərahiyyə Klinikasında əməliyyat olunub.

Tribuna.az bildirir ki, bu barədə Teleqraf-a Xalq artistinin qızı Lalə Sənan məlumat verib.

“Hazırda səhhəti normaldır”, – deyə L.Sənan əlavə edib.

Qeyd edək ki, Ofeliya Sənani oktyabrın 5-də əvvəlcə Kliniki Tibbi Mərkəzə yerləşdirilib, həmin gün saat 21 radələrində isə ailəsinin yazılı iltizamnaməsi əsasında digər tibb müəssisəsinə təxliyə olunub.