Tacir Şahmalıoğlu səhhətindən danışdı

Tacir Şahmalıoğlu səhhətindən danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən ay öd kisəsində yaranan problemə görə əməliyyat olunan müğənni Tacir Şahmalıoğlu səhhəti ilə bağlı açıqlama verib.

Tribuna.az xəbər verir ki, bu barədə sənətçi “Qonaqcanlı”ya müsahibəsində danışıb:

“Şəkərdən çox əziyyət çəkirdim. Demək olar ki, məni yıxırdı. Dedilər, İstanbulda belə bir əməliyyat var, getdim etdirdim və qayıtdım. Hər şey normal idi. Qəfildən ağrılarım başladı. Müayinələr etdirdim və məlum oldu ki, ödüm partlayıb. Məni halsız, bu vəziyyətə salan o idi. Gecikdirmişdik, amma zəhərlənmə olmadı. İndi oxuyanda görürəm ki, təngnəfəs oluram. Həkim deyir ki, bir aya normal olacaqsan. Hələ 10 gündür əməliyyat olunmuşam”. (Axşam.az)