Yay bitir, meyvələrin qiyməti isə “əl yandırır”

Yay bitir, meyvələrin qiyməti isə “əl yandırır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yayın başa çatmasına az qalsa da, bazarlarda mövsüm meyvələrinin qiyməti alıcıları narazı salır.

Tribuna.az xəbər verir ki, hazırda bazarlarda beyvə bolluğu müşahidə olunur. Buna baxmayaraq qiymətlər gözlənildiyi kimi ucuzlaşmır.

Hazırda bazarlarda əriyin kiloqramı 6-8 manat, şaftalı 4-5 manat, gilas isə 9-10 manata satılır.

Xüsusilə gilas və əriyin qiyməti alıcıları ciddi şəkildə narahat edir.

Ötən il də oxşar vəziyyət yaşanmışdı. 2025-ci ilin yayında bəzi satış məntəqələrində gilas 8-12, hətta 10-15 manata qədər təklif olunurdu.

Bakı bazarlarında meyvə qiymətləri baha olsa da, bölgələrdə fermerlərin məhsulu daha aşağı qiymətə – təxminən 2-3 manata satdığı bildirilirdi.

Bu isə istehsalçı ilə istehlakçı arasında ciddi qiymət fərqinin yarandığını göstərir. Nəqliyyat, çeşidləmə, saxlanma və satış xərcləri qiymətə təsir etsə də, aradakı böyük fərq vasitəçilərin – “dəllalların” qazancını da gündəmə gətirir.

Mütəxəsissislər bildirib ki, bağlarda meyvə bolluğu olsa da, bu bolluq hələlik bazarlarda ucuzluq yaratmayıb. Yayın sonuna yaxın məhsulun artması ilə qiymətlərin aşağı düşüb-düşməyəcəyi isə maraq doğurur.

Gülşən Rəsul