Təbrizli rəsmi: “Azərbaycana qarşı çıxanlar həmişə zibil qutusuna atılıblar”

Təbrizli rəsmi: “Azərbaycana qarşı çıxanlar həmişə zibil qutusuna atılıblar”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Televiziya xalqındır, heç kimin dədəinin malı deyil. Təbrizdə və Güney Azərbaycanda fəaliyyət göstərən kanal elə təqdim olunmalıdır ki, həqiqətən xalqa məxsus olduğu hiss edilsin”.

Tribuna.az xəbər verir ki, bunu Təbriz Şəhər Şurasının üzvü Rəsul Bərgi deyib.

O bildirib ki, xalqın öz dilində, öz mədəniyyətində danışmasına mane olmaq olmaz. “Bir vaxtlar gəldilər, Azərbaycana və onun mədəniyyətinə qarşı sözlər dedilər. Axırda nə oldu? Özləri getdilər, amma xalq, mədəniyyət, Azərbaycan və Türk dili qaldı. Azərbaycana qarşı çıxan Firdosipurlar tarixin zibil qutusuna atıldılar”.

Fərda Uğur