Elm və Təhsil Nazirliyi son illər mütəxəssislərlə elmi-metodik müzakirələrdən çəkinir.
Tribuna.az xəbər verir ki, bu sözləri dosent, təhsil eksperti İlham Əhmədov deyib. O bildirib ki, belə müzakirələr təhsilin inkişafına yol aça bilərdi:
“Nazir deyir – “biz anlamalıyıq ki, yaxşı təhsil öz-özünə yaranmır”. Bəli, yaxşı təhsil qurmaq üçün təhsil problemlərinin açıq, əməli müzakirəsindən qaçmaq yox, belə müzakirələri təşkil etmək, alternativ fikirləri diqqətlə dinləmək, öyrənmək lazımdır.
O boyda nazirlikdə və tərkibindəki 4-5 Agentlikdə bir mütəxəssis tapılmır ki, dəyirmi masalar təşkil olunanda müzakirələrdə iştirak etsin.
Elm və Təhsil Nazirliyi iddia edir ki, bizim təhsilimiz dünyada sürətlə inkişaf edən 2 təhsil sistemindən biridir. PİSA isə sübut etdi ki, 2009-dan bu yana təhsilimizdə heç nə dəyişməyib”.
Gülşən Rəsul









