“Vanlı Kara Haydar” istintaqı: Həyat yoldaşı məhkəməyə göndərildi

“Vanlı Kara Haydar” istintaqı: Həyat yoldaşı məhkəməyə göndərildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial mediada “Vanlı Kara Haydar” kimi tanınan və hazırda həbsdə olan Mehmet Fatih Tançalanın həyat yoldaşı Çağla Öz Tançalan polis bölməsindəki prosedurları tamamladıqdan sonra məhkəməyə göndərilib.

Tribuna.az  Türkiyə mediasına istinadla xəbər verir ki, istintaq cütlüyün aktivlərini, dəbdəbəli həyat tərzi ilə bağlı paylaşımlarını və toylarında nümayiş etdirilən külli miqdarda qızıl, xarici valyuta və nağd pulun mənbəyini araşdırır.

Qeyd edək kİ, “Vanlı Kara Haydar” və sosial media ulduzu Çağla Özün Vanda keçirilən toyundan görüntülər sosial mediada trend mövzusuna çevrilib.

Van Baş Prokurorluğu sosial media paylaşımlarına əsasən Tançalan haqqında Türkiyə Cinayət Məcəlləsinin (TCM) 301-ci maddəsi ilə istintaq başlayıb. Bu maddə Türk millətini, Türkiyə Respublikasını və dövlət qurumlarını və orqanlarını təhqir etməyi tənzimləyir.

Tançalanın sosial mediada yayılan görüntüləri və toyunda hədiyyə olaraq verildiyi iddia edilən külli miqdarda qızılla bağlı maliyyə araşdırması başlanıb və Maliyyə Cinayətləri üzrə İstintaq Şurasından ekspertiza tələb edilib.

İstintaq çərçivəsində sentyabrın 8-də evində saxlanılan Mehmet Fatih Tançalan məhkəmə tərəfindən “cinayət yolu ilə əldə edilən aktivlərin yuyulması” ittihamı ilə həbs edilib.

Bir neçə gün sonra isə Tançalanın həyat yoldaşı Çağla Öz Tançalan da İstanbulda saxlanılıb.