Səhiyyə Nazirliyi Türkiyədə 16,1 milyon insan xərçəng müayinəsindən keçib və 36 min nəfərə xərçəng diaqnozu qoyulub.
Tribuna.az “TRT Haber”ə istinadən xəbər verir ki, bununla bağlı Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, müayinə “Xərçəngin erkən aşkarlanması həyatları xilas edir” devizi ilə keçirilib.
Müayinələr nəticəsində 36 000 insana xərçəng diaqnozu qoyulub. Bundan əlavə, səyyar xərçəng müayinəsi vasitələri vasitəsilə 515 000-dən çox skrininq xidməti göstərilib.
Səhiyyə naziri Kemal Memişoğlu müayinə ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib. O, paylaşımda “Sağlam qidalanmanı, tütünsüz həyatı və müntəzəm fiziki fəaliyyəti həyatımızın mərkəzinə çevirərkən, pulsuz müayinələrimizə də laqeyd yanaşmayaq” sözlərini yazıb.









