Sakinlərin lift kartları bloklanıb, onlardan əlavə ödəniş tələb olunur… Kartı bloklanan sakinlər isə saatlarla liftin qarşısında gözləməli olurlar…
Akkord” tikinti şirkətinin inşa etdiyi “Uğur-2” MMC-nin balansında olan yaşayış kompleksindəki 8 binada illərdir davam edən infrastruktur və idarəetmə problemləri sakinləri çətin vəziyyət qoyub.
Tribuna.az xəbər verir ki, “Xəzər Xəbər”in qaynar xəttinə müraciət edən sakinlər iddia edir ki, binaların texniki vəziyyəti günü-gündən pisləşir.
Sakinlər deyirlər ki, binanın saxlanma xərclərini vaxtlı-vaxtında ödəsələr də, göstərilməli olan xidmətlərdən yararlana bilmirlər.
“Uğur-2” MMC-nin işçiləri isə aylardar maaş almadıqlarını deyirlər.
Kompleksin kommunal xidmətlər həyata keçirən “Uğur yaşam ” MMC-nin direktoru Anar Məmmədov bildirib ki, sakinlər binanın saxlanma xərclərini ödəmədikdən sonra bloklanan kartlar açılacaq.









