Türkiyə şəxsiyyət vəsiqələrində, pasportlarda və sənaye tətbiqlərində istifadə edilən çiplərin yerli istehsalına imkan verəcək müasir istehsal müəssisələri və milli layihələrlə qlobal rəqabətdə fərqlənməyi hədəfləyir.
Tribuna.az “Sozcu”yə istinadən xəbər verir ki, bu kontekstdə 2027-2029-cu illər üçün Orta Müddətli Proqram (MTP) hazırlanır.
İlin sonuna qədər yekunlaşdırılması gözlənilən planlar qiymətləndirmə və qərar qəbul edilməsi üçün İqtisadi Koordinasiya Şurasına təqdim ediləcək. Sektor həmçinin tədqiqat və inkişaf, dizayn və kommersiyalaşdırma imkanlarını da inkişaf etdirəcək.
Qeyd olunub ki, milli layihələr Türkiyənin qlobal çip rəqabətində liderliyini təmin edəcək.
Bundan başqa, ixtisaslı insan resurslarından, sınaq və standartlar infrastrukturundan tutmuş universitet tədqiqatlarına və sənaye ilə əməkdaşlıq şəbəkələrinə qədər geniş potensial yaradılacaq.









