“Hörmüz boğazından tanker daşımalarının kəskin azalması Çinlə Avropa arasında alternativ marşrutların əhəmiyyətini artırıb”.
Tribuna.az xəbər verir ki, bu fikirlər İranda yayınlanan “Tabnak” saytında dərc edilmiş məqalədəndir.
Nəşr bildirib ki, bu fonda Zəngəzur dəhlizinin də daxil olduğu Orta Dəhliz Avropa üçün alternativ nəqliyyat marşrutlarından biri kimi ön plana çıxıb. “Azərbaycan Orta Dəhlizin inkişafını sürətləndirmək üçün əsas ərazisini digər bölgəsi Naxçıvanla birləşdirən nəqliyyat bağlantılarının əhəmiyyətini artırmağa və regional infrastruktura daha çox Avropa investisiyasının cəlb edilməsinə çalışır”.
Fərda Uğur









