İranda “gözəgörünməz” silahlı dəstə peyda olub

İranda “gözəgörünməz” silahlı dəstə peyda olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda naməlum silahlı dəstə ölkənin ən riskli bölgəsində bir sıra hücumlar təşkil edib.

Tribuna.az xəbər verir ki, son iki gündə SEPAH-ın bazalarına basqın edən dəstələr 3 hərbçini öldürüblər.

Belə ki, dünən Bəlucistanın Korin bölgəsində yerli silahlı qruplaşmalarla SEPAH qüvvələri arasında qarşıdurma baş verib. Nəticədə SEPAH-ın iki üzvü öldürülüb.

Həmin günün səhərisi daha bir hücumda isə bir SEPAH əsgəri həlak olub.

Lakin dünən gecə saatlarından etibarən İranın Saravan şəhərinin Baxşan ərazisində SEPAH hərbçiləri ilə naməlum silahlı şəxslər arasında daha bir şiddətli toqquşma baş verib. Toqquşma 3 saata qədər davam edib. Hadisə nəticəsində xeyli yaralının olduğu bildirilir. Ölənlər barədə məlumat yoxdur.

Fərda Uğur