Sərnişinlərin NƏZƏRİNƏ – Sabahdan….

Sərnişinlərin NƏZƏRİNƏ – Sabahdan….

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı metropolitenində intervallar azaldılır.

Tribuna.az xəbər verir ki, bu barədə məlumatı “Bakı Metropoliteni” QSC yayıb.

Məlumatda bildirilib ki, texniki optimallaşdırma tədbirləri, monitorinqlər və sınaqlar nəticəsində qatarlararası intervallar minimuma endirilir:

“Qırmızı xətt: Sentyabrın 15-dən etibarən “İçərişəhər–Əhmədli” mənzilində pik saatlarda 2 dəqiqəlik intervalla hərəkət edəcək.

Yaşıl xətt: Zərurət yarandıqda interval 3 dəqiqə 30 saniyədən 3 dəqiqəyə qədər azaldılacaq.

Bənövşəyi xətt: Payız-qış qrafikinə keçidlə “Avtovağzal–8 Noyabr” sahəsində 5 dəqiqə, “Xocəsən–Avtovağzal” sahəsində isə 10 dəqiqəlik interval tətbiq olunur”.

QSC-dən bildirilib ki, yeni tədris ilində bütün xətlər üzrə sərnişin axını nəzarətdə saxlanılacaq, ehtiyac olduqda əlavə tənzimləmələr aparılacaq.

Nigar İxtiyarqızı